“Ferrari” “Formula-1”i tərk edə bilər

Xəbərin çap versiyası
Tarix: 3-11-2017, 15:53
“Ferrari” “Formula-1”i tərk edə bilər


“Ferrari” “Formula-1”i tərk edə bilər.

SİVİL.AZ
-ın məlumatına görə, bunu komanda rəhbərliyi açıqlayıb.

Onlar 2021-ci ildə yarışın reqlamentinə ediləcək dəyişikliklərə etiraz əlaməti olaraq, bu addımı atmaq niyyətindədilər. Belə ki, seriyanın yeni sahibi olan “Liberty Media” və “Formula-1” üçün mühərrik istehsalçıları komandalarını saxlamaq üçün xərcləri azaltmağa çalışır.

“Ferrari”nin prezidenti Sercio Markionne isə bu yeniliklə razı deyil: “Əgər brendə və bazardakı mövqeyimizə fayda verəcək şərtlər olmasa, biz “Formula-1”də yarışlardan imtina edəcəyik. Bu turnir bizim qanımızdadı, amma özümüzü başqa cür apara bilmərik. Çünki buranı tanınmaz hala salırlarsa, “Formula-1”də qalmayacağıq”.

Qeyd edək ki, noyabrın 7-də “Formula-1” rəhbərliyi ilə strateji qrup arasında görüş olacaq. Burada büdcələrin məhdudlaşdırılmasına, idman və kommersiya sistemlərinə yenidən baxılacaq. 1950-ci ildən “Formula-1”də çıxış edən “Ferrari”nin müqaviləsi isə 2020-ci ildə başa çatacaq. (apasport.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz