Yuventus" və "Mançester Siti" Əmrə Can uğrunda yarışır
Tarix: 4-11-2017, 14:20
Almaniya yığmasının və “Liverpul” klubunun futbolçusu Əmrə Cana daha bir müştəri çıxıb.
SİVİL.AZ Apasport.az-a istinadən xəbər verir ki, “Yuventus”dan sonra “Mançester Siti” də 23 yaşlı yarımmüdafiəçiyə təklif göndərib.
Canın mövsümün sonunda “Liverpul”u tərk edəcəyi bildirilir. Çünki o, “mersisaydlılar”la yeni müqavilə haqda hələ də razılığa gələ bilməyib.
“Yuventus” rəhbərliyi Cana ildə 4,5 milyon avro ödəməyə hazır olduğu halda, “Mançester Siti” futbolçuya daha yüksək məvacib verməyə razıdı.
Qeyd edək ki, karyerası ərzində “Bavariya” və “Bayer” klublarının da formasını geyinmiş Əmrə Can 2014-cü ildən “Liverpul”un üzvüdü.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər