Azərbaycanda daha bir yüksək vəzifəli məmur saxlanıldı
Tarix: 4-11-2017, 14:24
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərov saxlanılıb.
SİVİL.AZ xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan şöbə rəisi barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 340.2-ci (ictimai qaydanın mühafizəsi, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma) maddələri ilə ittiham irəli sürülüb.
Bu gün K. İsgəndərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatın məhkəməyə təqdim edilməsi gözlənilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər