Sumqayıtda yanğın: 30 nəfər təxliyə edildi

Xəbərin çap versiyası
Tarix: 3-04-2017, 11:57
Sumqayıtda yanğın:


Bu gün Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

SİVİL.AZ FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 18 m² sahədə əriyib. Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz