ATƏT rəsmiləri cəbhəyə yollanır

Xəbərin çap versiyası
Tarix: 7-11-2017, 10:47
ATƏT rəsmiləri cəbhəyə yollanır


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 8-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

SİVİL.AZ
bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz