Eldar Mahmudov yenidən istintaqa çağırılıb
Tarix: 10-11-2017, 12:47
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ifadəsi alınmaq üçün yenidən istintaqa çağırılıb.
SİVİL.AZ bildirir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, E. Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə ifadə verəcək.
Baş Prokurorluğun mətbuat xidmətinin rəbəri Eldar Sultanov APA-ya E. Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yenidən ifadə verəcəyi barədə məlumatı təsdiqləyib.
E. Mahmudov bir neçə gün əvvəl də istintaqa ifadə verib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər