Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın sahibinə hökm oxunub

Xəbərin çap versiyası
Tarix: 3-04-2017, 16:30
Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın sahibinə hökm oxunub


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Medi Sina” klinikasının sahibi, mənimsəmədə təqsirləndirilən Muğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M. Həşimov son söz deyib. O, özünü təqsirli bilmədiyini və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakimlər Kollegiyası müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, M. Həşimov 9 il müddətinə azadlıqdan məhrum edilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz