Azərbaycan XİN Sankt-Peterburq metrosunda törədilmiş terror aktını pisləyib
Tarix: 3-04-2017, 20:40
Sankt-Peterburq metrosunda törədilmiş terror aktı ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bu barədə SİVİL.AZ-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bəyanatda deyilir: “Biz Sankt-Peterburq metrosunda törədilən, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, dost və qonşu Rusiya xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.
Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyir”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər