Hacıbala Abutalıbov xəstədir? - AÇIQLAMA
Tarix: 16-11-2017, 10:45
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun səhhəti ilə bağlı Almaniyaya aparılması haqda yayılan məlumatlar həqiqəti əks etdirmir.
SİVİL.AZ bildirir ki, bu sözləri axar.az-a BŞİH başçısının müavin köməkçisi Bakı merinin beyin insultu keçirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
Məlumatda qeyd edilib ki, mer hazırda işinin başındadır:
"Hazırda Hacıbala müəllim öz otağındadır. Səhhəti də yaxşıdır”.
Qeyd edək ki, ötən gecə Bakı meri Hacıbala Abutalıbovu ağır vəziyyətdə Almaniyaya aparılması barədə şayiə yayılıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər