Əməkdaşlıq komitəsinin iclası gələn il olacaq
Tarix: 17-11-2017, 19:00
"Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üzrə sonuncu alt komitənin iclası dekabr ayında Brüsseldə keçirilməlidir”.
SİVİL.AZ-ın məlumatına əsasən, bu sözləri APA-ya açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
O bildirib ki, artıq 3 alt komitənin iclası keçirilib: “Yalnız Humanitar və sosial məsələlər üzrə alt komitənin iclası qalıb. Ondan sonra alt komitələr bitəcək və Əməkdaşlıq Komitəsinin iclası olacaq. Əməkdaşlıq komitəsinin iclası gələn il olacaq".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər