Ramil Səfərovun həbsxana FOTOLARI
Tarix: 20-11-2017, 13:19
Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov həbsxanadan fotolarını paylaşıb.
SİVİL.AZ "Qaynarinfo"ya istinadla xəbər verir ki, fotoları R. Səfərov özü şəxsi "İnstagram" hesabında paylaşıb. O, fotoların 2010-cu ildə Macarıstanın Kozma həbsxanasında çəkildiyini yazıb.
Qeyd edək ki, Ramil Səfərov Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edililib. 1 sentyabr 2012-ci ildə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Ramil Səfərovu qəbul edib və onu mayor rütbəsi ilə təltif edib. Həmçinin ona Müdafiə Nazirliyi tərəfindən ev və onun həbsdə olduğu 8 il müddətində toplanmış əməkhaqqı verilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər