“Çelsi”dən getmək istəmirəm - Eden Azar

Xəbərin çap versiyası
Tarix: 3-04-2017, 22:05
“Çelsi”dən getmək istəmirəm -


“Çelsi”nin futbolçusu Eden Azar adının Madrid“Real”ı ilə hallanmasına münasibət bildirib.

SİVİL.AZ xəbər verir ki, Qol.az-ın məlumatına görə, belçikalı futbolçu Britaniya mətbuatına açıqlamasında London klubunu tərk etmək istəmədiyini deyib: “Çelsi”dən getmək istəmirəm. Burda yaxşı vəziyyətdəyəm. Özümü çox xoşbəxt hiss edirəm. Müqaviləmin sonuna qədər komandada qalmaq istəyirəm”.

Qeyd edək ki, 26 yaşlı yarınnüdafiəçi 2012-ci ildən “Çelsi”də çıxış edir. Xatırladaq ki, İspaniya mətbuatı "Real"ın Azar üçün "Çelsi"yə 100 milyon funt sterlinq ödəməyə hazır olduğunu yazıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz