"Barselona" Özili alır?

Xəbərin çap versiyası
Tarix: 22-11-2017, 09:00
"Barselona" Özili alır?


Qış transfer pəncərəsi dövründə "Barselona" "Arsenal"dan Məsut Özili heyətinə cəlb edə bilər.

SİVİL.AZ
xəbər verir ki, alman əsilli türk futbolçu üçün 20 milyon avro təzminat ödəməyə hazırdır. Bu transfer "Barselona"nın "Liverpul"dan almaq istədiyi Felippe Koutinyoya alternativ olaraq həyata keçirilə bilər.

Qeyd edək ki, Özilin "Arsenal"la müqaviləsi 2018-ci ilin yayında başa çatır. Tərəflər müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gəlməyiblər.

Əgər London təmsilçisi Özili qışda satmasa, bu halda futbolçu yanvar ayından başlayaraq, özünün başqa klublarla danışıq aparmaq hüququndan istifadə edəcək və yayda azad agent kimi istədiyi komandaya keçəcək. (qol.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz