İlin ən çox qazanan müğənnilərinin siyahısı AÇIQLANIB

Xəbərin çap versiyası
Tarix: 22-11-2017, 05:00
İlin ən çox qazanan müğənnilərinin siyahısı


Amerikanın “Forbes” jurnalı ilin ən çox qazanan müğənnilərinin siyahısını dərc edib.

SİVİL.AZ
xəbər verir ki, siyahıya Beyons liderlik edib.

Jurnalın məlumatına görə, amerikalı 36 yaşlı ulduz Beyons il ərzində 105 milyon dollar qazana bilib. Bu məbləğə “Lemonade” adlı son albomunun satışından və konsert turundan əldə etdiyi qazanc da daxildir. Bundan başqa, müğənninin geyim biznesi də var.

İkinci yerdə 29 yaşlı britaniyalı müğənni Adel qərarlaşıb. O, 69 milyon dollar qazanıb.

Ötən il siyahıya liderlik edən Teylor Svift 44 milyon dollar gəlirlə bu dəfə üçüncü pilləyə düşüb.

Kanadalı ifaçı Selin Dion 42 milyon dollarla dördüncü, Cenifer Lopez isə 38 milyon dollar qazancla beşinci yerdə qərarlaşıb. (AZƏRTAC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz