"Beşiktaş” Çempionlar Liqasının 1/8 finalında
Tarix: 22-11-2017, 00:15
İstanbulun "Beşiktaş" futbol klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlib.
SİVİL.AZ bildirir ki, APA-nın xəbərinə görə, "Beşiktaş" beşinci matçda doğma meydanda "Portu" ilə 1:1 hesablı heç-heçə edərək xallarının sayını 11-ə çatdırıb və "G" qrupunda liderliyini rəsmiləşdirib.
İstanbullular qrup mərhələsinin sonuncu turunda səfərdə "Leypsiq" komandası ilə qarşılaşacaq.
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
21 noyabr
G qrupu
“Beşiktaş” (Türkiyə) - “Porto” (Portuqaliya) - 1:1
Qollar: Talişka, 41 - Felipe, 29
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər