Bahar Muradova: “Ölkədə insan hüquqlarına təsir edən amillər var"
Tarix: 22-11-2017, 14:00
“Ölkədə insan hüquqlarına təsir edən amillər var. Bu amillər, əsasən, hüquq mühafizə, təhlükəsizlik orqanları və məhkəmələrlə bağlıdır”.
SİVİL.AZ bildirir ki, APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.
O qeyd edib ki, bəzən işin çoxluğu, hakimlərin və müstəntiqlərin fəaliyyəti ilə bağlı yaranan problemlər insan hüquqlarına təsir edir.
B. Muradova vəkillik sahəsində də ciddi problemlərin olduğunu bildirib.
O vurğulayıb ki, vəkilləri əvəz edən müdafiəçilərlə bağlı qanunvericiliyə tənzimləmə ediləndən sonra bu sahəyə ciddi diqqət yetirmək lazımdır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər