''Qarabağ'' yenə də ''Çelsi''yə məğlub oldu

Xəbərin çap versiyası
Tarix: 22-11-2017, 22:53
''Qarabağ'' yenə də ''Çelsi''yə məğlub oldu


Çempionlar Liqasında “Çelsi”ni qəbul edən “Qarabağ” cavab oyununda da ingilis klubuna məğlub olub

SİVİL.AZ
oxu.az-a istinadla xəbər verir ki, matç Qarabağ üçün heç də yaxşı başlamayıb.

Belə ki, Portuqaliyadan olan baş hakim Manuel De Sousa matçın 19-cu dəqiqəsində ağdamlıların kapitanı Rəşad Sadıqova haqsız yerə qırmızı vərəqə göstərərək ''Qarabağ''ın qapısına penalti təyin edib. Eden Hazard zərbəni dəqiq yerinə yetirərək Çelsini önə çıxarıb. Oyunun 36-cı dəqiqəsində isə Willian ''Qarabağ''ın qapısından 2-ci topu keçirib.

Matçın 72-ci dəqiqəsində portuqal hakim ''Qarabağ''ın müdafiəçisi Maksim Medvedevə sarı vərəqə göstərərək qapımıza növbəti penaltini təyin edib. Sesk Fabreqas zərbəni dəqiqə yerinə yetirərək Çelsinin üstünlüyünü 3 topa çatdırıb. Matçın 85-ci dəqiqəsində isə Willian dubl edərək Çelsinin 0-4 hesablı qələbəsində son nöqtəni qoyub.

Beləliklə, ''Qarabağ'' bu nəticədən sonra 2 xalla qrup sonuncu olaraq qalıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz