Aİ-nin səfiri: "İnanıram ki, Azərbaycanda daha inanılacaq statistika sistemi olacaq"
Tarix: 24-11-2017, 10:45
""Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Dəstək" tvinninq layihəsi Avropa İttifaqı və Azərbaycan Dövlət Statisika Komitəsi tərəfindən gerçəkləşdirilən ikinci layihədir".
SİVİL.AZ bildirir ki, APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib. O bildirib ki, layihə Azərbaycanda statistika sisteminin müxtəlif sahələrində Avropa standartlarının tətbiqini təmin edir: "Azərbaycanda statistikanın Avropa İttifaqı standartlarına uyğunlaşdırılması çox xoşdur. İnanıram ki, hökumət, nazirlər yeni dünya xəritəsi, yeni iqtisadi məsələlərlə bağlı inanılan statistikaya ehtiyac duyur".
Səfir əlavə edib ki, bu, sonuncu layihə deyil: "İşlər davam etdirilir və inanıram ki, yaxın gələcəkdə Azərbaycanda daha inanılacaq statistika sistemi mövcud olacaq".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər