Modeli yatırıb başına oyun açdı - FOTOLAR
Tarix: 25-11-2017, 00:10
Məşhur türkiyəli model Bensu Gürsesin başına qəribə hadisə gəlib.
SİVİL.AZ axşam.az-a istinadən xəbər verir ki, özünü ssenarist kimi tanıtan Orxan adlı şəxs Bensunun evini talan edib.
Belə ki, modeli filmə çəkəcəyinə söz verən Orxan ona ssenarini göstərmək üçün evinə gəlib. Bu zaman Gürses söhbət zamanı içki gətirib. Oğru içkiyə dərman atıb və Bensu yuxuya gedib.
Səhər ayılan model telefonu, pul kisəsi və evində olan bəzi əşyalarının yerində olmadığı görəndə həqiqəti anlayıb və polisə müraciət edib.
Polis tərəfindən saxlanılan Orxanın əslində ssenarist olmadığı üzə çıxıb. Hazırda faktla bağlı araşdırma gedir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər