“Qarabağ” – “Çelsi” matçının hakimi ilə bağlı qərar AÇIQLANDI

Xəbərin çap versiyası
Tarix: 27-11-2017, 22:14
“Qarabağ” – “Çelsi” matçının hakimi ilə bağlı qərar


Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” matçında idarəçiliyə etirazlara səbəb olan Manuel De Sousanın işi UEFA tərəfindən yüksək qiymətləndirilib.

SİVİL.AZ
Yenicag.az-a istinadən xəbər verir ki, portuqaliyalı referinin işinə 8,4 bal verilib ki, bu da yüksək göstərici hesab olunur.

Qeyd edək ki, Manuel de Sousa Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada Ağdam klubunun qapısına iki penalti təyin edib, Rəşad Sadıqova isə qırmızı vərəqə göstərmişdi. Oyun isə London təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz