Ermənilər atəşkəsi 121 dəfə pozub

Xəbərin çap versiyası
Tarix: 4-04-2017, 10:48
Ermənilər atəşkəsi 121 dəfə pozub


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 121 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİVİL.AZ-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qaymaqlı kəndlərində, Tovuz rayonunun Ağdam və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altındakı Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Mərzili, Cəvahirli, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz