"Azəravtoyol"un texnikası Xırdalanı işıqsız qoydu

Xəbərin çap versiyası
Tarix: 28-11-2017, 18:02
"Azəravtoyol"un texnikası Xırdalanı işıqsız qoydu


Bu gün səhər saatlarında Xırdalan şəhərinin Quşçuluq massivi ərazisində yol inşaatını həyata keçirən “Azəravtoyol” ASC-nin traktoru yeraltı elektrik xəttini zədələyib.

SİVİL.AZ
Report-a istinadən xəbər verir ki, “Saray 2” adlanan xəttin zədələnməsi nəticəsində adıçəkilən massivə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Məlumatda deyilir ki, bir neçə saat işıqsız qalan massivə günorta saatlarında elektrik enerjisinin verilişini təmin etmək mümkün olub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz