Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK

Xəbərin çap versiyası
Tarix: 4-12-2017, 14:43
Şəxsiyyət vəsiqələri ilə bağlı


"Bakutel - 2017" 23-cü beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisi və konfransı çərçivəsində yeni şəxsiyyət vəsiqələrinə elektron imza sertifikatlarının inteqrasiya sisteminin təqdimatı keçiriləcək.

SİVİL.AZ
Trend-ə istinadən xəbər verir ki, bunu sərginin açılışına həsr olunmuş mətbuat konfransı zamanı Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, yeni şəxsiyyət vəsiqələrinin verilməsinə 2018-ci ildən başlanılacaq: "Şəxsiyyət vəsiqələrində elektron imzalar yazılacaq. Elektron imzaların yazılması ödənişsiz həyata keçiriləcək. Bununla da hər bir vətəndaş elektron xidmətlərin üstünlüklərindən yararlana biləcək”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz