Natavan Həbibinin boşanmasının əsl səbəbi - Sən demə, Dado...
Tarix: 4-12-2017, 20:35
Bu gün müğənni Natavan Həbibinin boşanma xəbəri gündəmə bomba kimi düşüb.
SİVİL.AZ xəbər verir ki, bu xəbərin ardından müxtəlif iddialar səslənməyə başlayıb. Kimisi evliliyin saxta olduğunu, kimisi isə Natavanın pul yığmaq üçün bu hərəkəti etdiyini bildirib. Ortalıqda gəzən digər iddialardan birini də Natavanın yaxın ətrafı səsləndirir. Onların iddiasına görə, Natavanın boşanmasına səbəb repçi həyat yoldaşı Dadonun narkotik vasitələrdən istifadə etməsidir.
Natavanın instaqram statusunda "Anlamışdım haqlı idiniz. Siz hər şeyi görüb, mənə deyirdiniz. Bir çoxunuzun fikrinin düzgün olduğuna əmin olmuşam, lakin sizə qulaq asmamışam" sözlərini yazması da, bu iddiaları gücləndirən səbəblərdən biri olub. (publika.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər