Lavrov: "Xəzəryanı ölkələrin birgə təlimləri planlaşdırılır"

Xəbərin çap versiyası
Tarix: 5-12-2017, 15:34
Lavrov: "Xəzəryanı ölkələrin birgə təlimləri planlaşdırılır"


"Gələn il Xəzər dənizində xəzəryanı ölkələrin birgə təlimlərinin keçirilməsi planlaşdırılır".

SİVİL.AZ
xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskva görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Xəzər boyunca müdafiə sahəsində əməkdaşlıq yüksək səviyyədədir: “Bu il xəzəryanı ölkələrin hər biri silahlı qüvvələrin gəmilərinin bir-birinə dostyana səfərini təşkil edib. Biz birgə perspektivli layihələrin həyata keçirilməsi barədə razılığa gəldik. Müxtəlif aspektlərdə nəqliyyat sahəsinin inkişafını müzakirə etdik. Beş ölkə arasında iqtisadi əlaqələrə də diqqət ayırdıq. Türkmənistanın təşəbbüsü ilə nəqliyyat və iqtisadi əməkdaşlıq sahəsində hökumətlərarası razılaşmanın hazırlanması istiqamətində iş gedir. Həmçinin hüquq-mühafizə orqanlarımız arasında terrorizm, mütəşəkkil cinayətkarlıq və brokonyerliyə qarşı mübarizə sahəsində ayrıca protokoların qəbulunun vacibliyini vurğuladıq". (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz