“Qarabağ” "Roma"ya məğlub oldu
Tarix: 6-12-2017, 01:47
Çempionlar Liqasında VI tura start verilib.
SİVİL.AZ-ın məlumatına görə, qrup mərhələsinin ilk günündə Azərbaycan çempionu “Qarabağ” da meydana çıxıb.
Ağdam təmsilçisi səfərdə “Roma” ilə görüşüb. Bu qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün avrokubok mövsümünün son sınağı olub.
C qrupunda sonuncu yeri tutan “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsindəki debütünü İtaliya paytaxtında yekunlaşdırıb.
Matçın taleyini bir qol həll edib. İlk hissədə tərəflər bir neçə dəfə cəhd etsələr də, qol vura bilməyiblər. İkinci yarıda isə meydan sahibləri fərqləniblər. Cekonun zərbəsindən sonra Şehiçdən geri dönən topu Perotti tora qovuşdurub.
Oyunda başqa qol olmayıb və "Qarabağ" Çempionlar Liqasına məğlubiyyətlə vida edib.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
C qrupu
5 dekabr
“Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) - 1:0
Qol: Perotti, 53
Baş hakim: Tobias Stieler
Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Seydel
Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers
Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)
Roma. Olimpiya stadionu
“Roma”: 1. Alisson Bekker, 4. Radja Nainqqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele de Rossi, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas, 92. Stefan Əl-Şaravi
Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 14. Patrik Şik, 15. Hektor Moreno, 21. Maksim Qonalons, 30. Gerson
Baş məşqçi: Eusebio de Françesko
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerye
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov (apasport.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər