DİM: İmtahana buraxılış vərəqəsi verilir

Xəbərin çap versiyası
Tarix: 5-04-2017, 00:00
DİM: İmtahana buraxılış vərəqəsi verilir


Aprelin 9-da keçiriləcək imtahanlarda iştirak edən şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilər.

SİVİL.AZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, magistratura və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsində, eləcə də Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilər.

“İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün DİM-in saytının müvafiq səhifəsinə daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etmək lazımdır. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi yer, saat, “Yaddaş kitabçası”ndan çıxarış və s. zəruri məlumatlar əks olunur.

Bakalavrın imtahana buraxılış vərəqəsi (magistratura)

Namizədin imtahana buraxılış vərəqəsi (rezidentura)

Abituriyentin imtahana buraxılış vərəqəsi (Azərbaycan dili fənni)

İmtahan gələrkən şəxsiyyəti təsdiq edən sənədi və “imtahana buraxılış vərəqəsi”ni özünüzlə gətirməyi unutmayın.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz