Lavrov: "Rusiya Dağlıq Qarabağ münaqişənin məqbul həllini axtarmağa davam edəcək"
Tarix: 7-12-2017, 14:21
"ATƏT-in Minsk qrupunun həmsədri olaraq Rusiya Dağlıq Qarabağ münaqişənin bütün tərəflər üçün məqbul olan həllinin axtarılmasına töhfə verməyə davam edəcək".
SİVİL.AZ bildirir ki, APA-nın məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı deyib. O bildirib ki, həll prinsipləri dəfələrlə Rusiya, Fransa və ABŞ prezidentləri tərəfindən vurğulanıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər