Gələn il Azərbaycanda dini bayramlarla əlaqədar qeyri-iş günləri AÇIQLANIB

Xəbərin çap versiyası
Tarix: 8-12-2017, 16:52
Gələn il Azərbaycanda dini bayramlarla əlaqədar qeyri-iş günləri


Gələn il Azərbaycanda dini bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub.

SİVİL.AZ
bildirir ki, APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ildə 15, 16 iyun Ramazan bayramı, 22, 23 avqust Qurban bayramıdır.

Gələn il 16 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 18 iyun - bazar ertəsi qeyri-iş günü olacaq. Beləliklə, Ramazan bayramında 4 gün ardıcıl qeyri-iş günüdür.

Qurban bayramında isə 22 və 23 avqust çərşənbə və cümə axşamına təsadüf edir, müvafiq olaraq 2 gün qeyri-iş günü olacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz