İnternetin qiyməti endiriləcək? - Açıqlama
Tarix: 4-04-2017, 20:30
Azərbaycanda internetin sürəti uzun müddətdir müzakirə mövzusu olaraq qalır.
Gündəmdə olan əsas məsələlərdən biri də, sürətlə müqayisədə internetin qiymətinin yüksək olmasıdır. İnternetin sürətinin zəif olduğu üçün insanlar ən azından qiymətin endirilməsini tələb edir.
SİVİL.AZ xəbər verir ki, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Metbuat.az-a açıqlamasında bildirib ki, dövlət provayderləri qiyməti salmazlarsa, özəllər də qiyməti salmayacaq:
“Bazarda internet provayderlərinin 50 %-i dövlət nəzarətindədir. Ona görə, birinci gərək dövlət provayderləri qiyməti salsın. Bu da bəzi ququmlardan asılıdır. Burada qiymətlərin özbaşına düşməsini gözləmirəm”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər