Bu gün ANS-in məhkəməsidir - Bərpa ediləcəkmi?
Tarix: 5-04-2017, 13:04
Proses Ali Məhkəmədə keçiriləcək.
Bu gün saat 16:15-də Azərbaycan Respublikası Ali Məhkəməsində ANS ÇM-in kasassiya şikayətləri üzrə prosses keçiriləcək.
SİVİL.AZ xəbər verir ki, İstiPress-in məlumatına görə, kasassiya şikayəti Milli Teleradio Şurasının 18 iyul 2016-cı il tarixli ANS ÇM-in Lisenziyasına xitam verilməsinə dair qərarından verilib.
Belə ki, Milli Teleradio Şurasının 18 iyul 2016-cı il tarixli şikayəti əsasında ANS ÇM-in Lisenziyasının xitam verilməsinə dair qərar qəbul edilib. Sonradan ANS ÇM-in bununla bağlı Apellyasiya Məhkəməsinə müraciəti təmin edilməmişdi.
Bu gün isə Ali Məhkəmədə hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə Apellyasiya Məhkəməsinin qərarından şikayətə baxılacaq.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər