Bakıya gəlməyə hazırlaşan milyonçu özündən 18 yaş kiçik sevgilisi ilə - FOTOLAR
Tarix: 5-04-2017, 13:27
Sosial medada "Rəqs edən milyonçu" adı ilə məşhurlaşan iş adamı Canluka Vakki sevgilisi Giorgia Qabriele ilə Mayamidə görünüb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 49 yaşlı milyonçu özündən 18 yaş kiçik sevgilisi ilə çimərlikdə əylənib. Hər kəsin diqqətini çəkən ikili sevənləri ilə foto çəkdirib. İnstaqramda 8 milyondan çox izlıyici olan Vakkinin gənc qız fanatları onu əhatəyə alıblar.
Qeyd edək ki, C. Vakki Bakı Şopinq Festivalının xüsusi qonağı olaraq paytaxtımıza təşrif buyuracaq. O, mayın 5-6-da öz DJ proqramı ilə Bakı Şopinq Festivalına qatılacaq. Vakki festivalın ruhuna uyğun “Enjoy” (“Zovq al”) şüarı ilə paytaxt sakinlərini öz sürprizləri ilə sevindirəcək.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər