DİM-in İctimai Şurasına qeydiyyat yekunlaşır

Xəbərin çap versiyası
Tarix: 5-04-2017, 13:31
DİM-in İctimai Şurasına qeydiyyat yekunlaşır


Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə formalaşdırılan İctimai Şuraya qeydiyyat yekunlaşır.

SİVİL.AZ xəbər verir ki, DİM-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şuranın yaradılması haqqında ilk elan martın 17-də qurumun saytında verilib. İctimai Şuraya üzv olmaq istəyən nümayəndələrin qeydiyyatı yekunlaşmaq üzrədir. Proseslərə cəlb olunmazdan əvvəl Şura üzvlərinə təlimlər keçiriləcək və bu işə yaxın günlərdə start veriləcək.

Şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, valideyn-müəllim assosiasiyaları, təhsil ekspertləri, kütləvi informasiya vasitələrinin nümayəndələri anket formasını buradan yükləyərək doldurub [email protected] elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.

İctimai Şuranın üzvləri DİM-in Direktorlar Şurası tərəfindən formalaşdırılacaq. Xatırladaq ki, İctimai Şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar və başqa ödənişlər verilmir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz