İTV-nin Yayım Şurasına namizədlər açılqlandı

Xəbərin çap versiyası
Tarix: 5-04-2017, 14:35
İTV-nin Yayım Şurasına namizədlər açılqlandı


Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsi müzakirə edilib.

SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov namizədləri təqdim edib.

O bildirib ki, Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslər Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının katibi - Aparat rəhbəri Həsən Cəfərov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərovdur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz