Əkizlərin maşınla vurduğu 87 yaşlı kişinin həkimi: "Vəziyyəti kritikdir"

Xəbərin çap versiyası
Tarix: 5-04-2017, 14:43
Əkizlərin maşınla vurduğu 87 yaşlı kişinin həkimi:


Bu gün səhər əkiz bacıların törətdikləri qəza nəticəsində yaralanan kişi “Semaşko” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

SİVİL.AZ yeniçağ.az-a istinadla xəbər verir ki, zərərçəkənin adı Zöhrab Ağayevdir. O, bu gün səhər ağır kəllə-beyin xəsarəti ilə reanimasiyaya yerləşdirilib.

Zərərçəkənin nəvəsinin dediyinə görə, 87 yaşlı babası hər gün səhərlər gəzməyə çıxırmış:

“Xəbəri alan kimi xəstəxanaya gəldik. Bizi içəri buraxmırlar. Öyrəndik ki, saytlar onun qolunun azacıq əzildiyini yazıblar. Bu, ağ yalandır. Onun vəziyyəti ağırdır. Ağır olmasaydı, reanimasiyaya yerləşdirilməzdi. Babamı bacılardan biri ilə xəstəxanaya çatdıran taksi sürücüsünün dediyinə görə, onun qulağında qan varmış. Bu da o deməkdir ki, babam başından ağır zərbə alıb. Hazırda məsələ ilə polis məşğul olur. Biz də hələ ki, içəridən bir cavab gözləyirik. Çünki doğmalarını reanimasiyaya qalxmağa qoymurlar. Şikayət verib-verməməyimiz də babamın vəziyyətindən asılıdır”.

Z. Ağayevin həkimi neyro-cərrah Nicat Məmmədov zərərçəkənin səhhəti ilə bağlı bunları deyib:

“Zöhrab Ağayevin kəllə sümüyü sınıb. O, açıq kəllə-beyin xəsarəti ilə xəstəxanamıza daxil olub. Hazırda vəziyyət çox kritikdir. Çünki burada yaş faktoru da var.

Müayinələr aparılır. Yəqin ki, cərrahi müdaxiləyə də ehtiyac olacaq. Hər an hər şey ola bilər. Allahdan ümid kəsilməz”.

Əkizlərin maşınla vurduğu 87 yaşlı kişinin həkimi:
Əkizlərin maşınla vurduğu 87 yaşlı kişinin həkimi:
Əkizlərin maşınla vurduğu 87 yaşlı kişinin həkimi:


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz