The Economist Intelligence Unit: AZƏRBAYCAN AVTORİTARİZM YOLUNDA

Xəbərin çap versiyası
Tarix: 23-01-2020, 12:57
The Economist Intelligence Unit:


Azərbaycan The Economist Intelligence Unit tərəfindən 2019-cu ilin nəticələrinə görə tərtib edilən son Demokratiya İndeksində 165 ölkə arasında 147-cidir. Tədqiqatçılar ötən il olduğu kimi bu il də Azərbaycanı avtoritar rejimlərə aid ediblər.

CivilAzerbaijan.com
bildirir ki, keçmiş SSRİ-nin sözügedən sıralamada avtoritar rejimlər kateqoriyasına aid edilən digər ölkələr arasında Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Rusiya da var.

Tacikistan və Türkmənistan reytinqin ən aşağı pilləsində, müvafiq olaraq 160 və 162-ci yerləri tuturlar. Özbəkistan 157-ci, Belarusiya isə 141-ci yerdədir. Rusiya Federasiyası bu sıralamada 134-cü pillədədir.

The Economist Intelligence Unit reytinqindəki Baltikyanı ölkələr "müstəqil" kimi dəyərləndirilib. Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Qırğızıstan "hibrid" rejimlər kimi təsnif edilir: onlar əsasən demokratikdir, lakin avtoritarizmin bəzi təzahürləri var.

The Economist Intelligence Unit:


2019-cu ildə Demokratiya İndeksi reytinqində Norveç birinci yeri tutub, bunun ardınca İslandiya və İsveç gəlir. Mərkəzi Afrika Respublikası, Suriya və Şimali Koreya reytinqdə ən aşağı pillələri tutur.

The Economist Intelligence Unit-in Demokratiya İndeksi 2006-cı ildən bəri açıqlanır. Rusiya 2011-ci ildə avtoritar rejimlər siyahısına daxil edilib (bundan əvvəl "hibrid" rejimlərə aid idi) və səkkiz ildir reytinqdə aşağı sıralardadır.

Eyni zamanda, reytinqdə Ukrayna demək olar ki, tədqiqatçıların demokratik hesab etdiyi ölkələrə yaxınlaşıb. Türkiyə sıralamada 110-cudur və “hibrid” ölkələr qrupuna aid edilib. Ermənistan son üç ildə demək olar ki, “avtoritar” ölkədən demokratik ölkəyə çevrilərək, reytinqdə böyük sıçrayış edib. Gürcüstan isə son iki ildə reytinqdəki mövqeyini itirib və siyasi sistemində avtoritarizm artıb. Hesabat müəllifləri Özbəkistanın Kərimovun ölümündən sonra demokratiyaya doğru addımlar atdığını əlavə edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz