Sevil və Sevinc bacılarını hansı cəza gözləyir?
Tarix: 5-04-2017, 16:24
Xəbər verdiyimiz kimi, bu gün əkiz müğənnilər, "Xəzər" telekanalının aparıcıları Sevil və Sevinc Səfərovalar avtomobil qəzası keçirib.
Hadisə zamanı yolu keçən 87 yaşlı Zöhrab Ağayev ağır kəllə beyin travması alıb. SİVİL.AZ xəbər verir ki, bu haqda yeniçağ.az xəbər yayıb.
Əgər zərərçəkən dünyasını dəyişsə, hadisəni törədənlər 3 il müddətinə azadlıqdan məhrum edilə bilər. Bu haqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qeyd olunub:
"Avtomobil və ya digər nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 - ci maddəsinə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni zamandan cinayət işinin gedişatında zərərçəkmiş müğənni xanımlara qarşı mülki iddia da qaldıraraq, qəza nəticəsində ona dəymiş maddi ziyanı tələb edə bilər"
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər