"Qəbələ" və “Qarabağ” klubları Azərbaycan kubokunun finalına yüksəlib

Xəbərin çap versiyası
Tarix: 5-04-2017, 22:48
"Qəbələ" və “Qarabağ” klubları Azərbaycan kubokunun finalına yüksəlib


Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

SİVİL.AZ-ın məlumatına görə, mərhələnin cavab matçları çərçivəsində keçirilən iki qarşılaşmadan biri Bakıda, biri əyalətdə baş tutub.

İlk finalçı Qəbələdə müəyyənləşib. Eyniadlı komanda öz meydanında “İnter”i məğlub edib. İlk görüşdə 3:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri bu dəfə 2 cavabsız qola sevinərək klub tarixində 2-ci dəfə finala çıxıb. Zaur Svanadzenin komandası isə möcüzəni reallaşdıra bilməyib.

Günün ikinci görüşündə Azərbaycan derbisi gerçəkləşib. 1992-ci ildən ölkə miqyaslı yarışların iştirakçısı olan “Qarabağ”la “Neftçi” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəlib.

Səfərdə 2 cavabsız qolla qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə qolsuz bərabərliyə razılaşaraq ardıcıl 3-cü dəfə finala çıxıb. Son 5 finalın iştirakçısı olan “Neftçi” isə seriyanı davam etdirə bilməyib.

Qeyd edək ki, final oyunu mayın 5-də keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
5 aprel (çərşənbə)


“Qarabağ” – “Neftçi” - 0:0

Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 2:0

“Qəbələ” – “İnter” - 2:0
Qollar: Daniel Subotiç, 12; Baqali Dabo, 33
Qəbələ şəhər stadionu
İlk oyun – 3:1

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz