Azərbaycanda dərslər sentyabrın 15-də başlayır - BU ŞƏRTLƏRLƏ
Tarix: 27-08-2020, 19:23
Azərbaycanda ali və orta məktəblərdə yeni tədris ili sentyabrın 15-də başlayacaq, təhsil naziri Emin Əmrullayev bildirib.
CivilAzerbaijan.com xəbər verir ki, o, Nazirlər Kabineti yanında Operativ Qərargahın cümə axşamı keçirdiyi brifinqində bildirib ki, onların təkliflərinə görə, sentyabrın 15-dən ibtidai siniflərdə dərslərin həftədə 2 və ya 3 dəfə məktəbdə keçirilməsi nəzərdə tutulub. Nazir qeyd edib ki, ibtidai siniflərəd 650 mindən çox şagird var ki, onlardan da 250 mindən çoxu epidemoloji vəziyyəti həssas olan Bakıda və Abşeron rayonunda yaşayır.
Emin Əmrullayev bildirib ki, təkliflərə görə, V-XI sinif şagirdləri sentyabrın 15-də dərslərə onlayn şəkildə başlayacaq, oktyabrın 1-də isə epidemoloji vəziyyətdən asılı olaraq, onlar məktəbə tədricən qayıdacaqlar. hələlik bu, həftədə 2 ya 3 dəfə nəzərdə tutulub.
Nazir vurğulayıb ki, əgər epidemoloji vəziyyət uyğun olarsa, oktyabrın 15-dən X-XI sinif şagirdlərinin məktəbə qayıtmasını planlaşdırırlar.
Emin Əmrullayev bildirib ki, əgər hansısa ailədə kiminsə qızdırması varsa, şagirdin məktəbə gəlməməsinin tərəfdarıdırlar.
"Valideynlərin hüququ var ki..."
"Distant təhsil paralel davam etdirildiyinə görə, valideynlərin uşaqların məktəbə göndərib-göndərməmək seçimini tanıyırıq. Bu, seçimin valideynlərə verilməsi qaydası baş verəcək,"- nazir deyib.
Nazir deyib ki, sentyabrın 15-dən, epidemoloji vəziyyət şərait verərsə, uşaq bağçalarının fəaliyyətinin bərpası nəzərdə tutulur.
Oktyabrın 1-dən məktəbəhazırlıq qruplarında da dərslər bərpa olunacaq. "Amma siniflər qruplara bölünəcək və növbəli şəkildə həftədə 2 dəfə məktəbə gələcəklər".
I kurs tələbələri ali məktəbə gedə biləcəklər
"Sentyabrın 15-dən başlayaraq ali təhsil müəssisələrinin distant qaydada fəaliyyətinin bərpa edilməsi planlaşdırılır,"- nazir qeyd edib.
O əlavə edib ki, I kursa qəbul olan tələbələrin oktyabrın 1-də tanışlıq məqsədi ilə universitetə gəlməsi planlaşdırılır: "Oktyabrın 15-dən etibarən müvafiq ixtisaslar üzrə qismən əyani təhsil təşkil edilə bilər".
Azərbaycanda yeni tədris ili hər il sentyabrın 15-də başlayır.
Bu il ölkədə koronavirusa görə elan edilən karantin rejiminə görə, mart ayından ali və orta məktəblərdə tədris dayandırılmış və İnternet üzərindən tədrisə davam edilmişdi.
Ölkədə hələ də koronavurusa yoluxma halları azalmayıb, BBC-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər