Sevil və Sevinc bacıları "Xəzər" TV-dən uzaqlaşdırıldı?
Tarix: 6-04-2017, 14:01
Xəbər verdiyimiz kimi müğənnilər, "Xəzər" telekanalının aparıcıları Sevil və Sevinc Səfərovalar ötən gün səhər avtomobil idarə edərkən qəza törədib.
Onlar yolu keçən 87 yaşlı Zöhrab Ağayevi vurub. Ağsaqqal ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olmasına görə onu reanimasiyaya yerləşdiriblər.
SİVİL.AZ "Qaynar"-a istinadla xəbər verir ki, artıq 2 gündür əkiz bacıları "Xəzər" telekanalının efirində görmək mümkün deyil. Dünən və bu gün verilişi ayrı-ayrı aparıcılar aparıb.
Bu gün "Hər şey daxil" verilişini Firuzə Cəlilova aparıb. O, ümumiyyətlə, ötən gün baş verən hadisəyə münasibət bildirməyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər