Hadrut işğaldan azad edilib

Xəbərin çap versiyası
Tarix: 9-10-2020, 19:40
Hadrut işğaldan azad edilib


Ötən gecə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Dağlıq Qarabağda Hadrut şəhərini və onun ətrafında səkkiz kəndi alaraq uğurlu əməliyyat keçiriblər.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə dövlət başçısı İlham Əliyev saat 17:30-da dövlət televiziyası ilə xalqa müraciətində bildirib.

Hərbi mənbələrdən Turan-a məlum olub ki, bu uğurlu əməliyyatda əsas rol Azərbaycan ordusunun xüsusi təyinatlı hissə və bölmələrinin payına düşür.

Düşmən mövqelərdə xeyli sayda həlak olmuş şəxs və dağıdılmış texnika qoyub.

Hərbçilərin sözlərinə görə, bizim artilleriya və kəşfiyyat əla işləyib.

Erməni tərəfi hərbi əməliyyatlar başlayandan bəri ən ciddi məğlubiyyətə uğrayıb və nizamsız şəkildə geri çəkilir. Cənub istiqamətində cəbhə xarabalığa çevrilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz