Baş seysmoloqdan açıqlama: Zəlzələ gözlənilirmi?

Xəbərin çap versiyası
Tarix: 6-04-2017, 14:57
Baş seysmoloqdan açıqlama:


Son günlər qonşu ölkələr - İran, Rusiya, Türkiyə və Qazaxıstanda zəlzələlər aktivləşib. Hətta qonşu ölkələrdəki zəlzələlər zamanı dağıntılar və xəsarət alanlar belə olub. Bütün bunlar ölkəmizdə də güclü zəlzələnin baş verə biləcəyi ilə bağlı ehtimallar yaradır.

Ümumiyyətlə, qonşu ölkələrdə davam edən zəlzələ dalğası Azərbaycana da gələ bilərmi?

Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli açıqlamasında bildirib ki, yaxın günlər üçün respublikada böyük katastrofik zəlzələnin olma ehtimalı yoxdur: "Ümumiyyətlə, zəlzələ hər gün var. Amma hansı gücdə olmasına baxır. Bizdə olan zəlzələlərin hamısı zəif təkanlardır. Dünən Lənkəranda olan zəlzələ episentrdə 3 və ya 4 bala qədər yaşayış məntəqələrinin yaxınlığında hiss olunub. Bunlar elə də qorxulu deyil. Həmin zəlzələlər fon səviyyəsində olur.

İranda olan zəlzələ Əfqanıstan, Tacikistan, yaxud da Türkiyə və Qazaxıstanda olan zəlzələ Azərbaycana heç bir təsir edə bilməz”.

Qurban Yetirmişli vurğulayıb ki, ümumiyyətlə, respublika ərazisində güclü aktiv seysmik zona müşahidə olunmur: "Olan zəlzələlərdə fon səviyyəsində, yəni zəif təkanlarla enerji boşalması gedir”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz