Angela Merkel: Almaniya-Azərbaycan əlaqələri qədim tarixə malikdir
Tarix: 6-04-2017, 16:57
Kansler Angela Merkel Azərbaycan ilə Almaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda ikitərəfli əlaqələrimizin qədim tarixə malik olduğunu bildirir. Angela Merkel qeyd edir ki, 200 il bundan əvvəl ilk şvab mühacirləri müasir Azərbaycanın ərazisində məskunlaşıblar. O, münasibətlərimizin canlı və hərtərəfli olduğunu Prezident İlham Əliyevin 2016-cı ilin iyun ayında Almaniyaya səfəri ilə birmənalı olaraq təsdiq etdiyini vurğulayır.
“Almaniya Sizin ölkəmiz ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı və Avropanın dəyərlər icmasına qoşulmaq iradənizi alqışlayır. Əmin ola bilərsiniz ki, Almaniya ölkənizin modernləşməsində, demokratiyanın və hüquqi dövlətin inkişafında etibarlı tərəfdaşınız olaraq qalacaq”, - deyə Kansler qeyd edir.
Angela Merkel əmin olduğunu bildirir ki, Azərbaycan bütün region kimi yalnız regional münaqişələrin həllindən sonra tam şəkildə potensialını inkişaf etdirə biləcək. Almaniya ATƏT-in Minsk qrupunun üzvü kimi, gələcəkdə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edəcək və həmsədrlərin səylərini dəstəkləyəcək.
Almaniya Kansleri Azərbaycana sülh, rifah, ölkələrimizə etibarlı əməkdaşlığın uğurlu davam etdirilməsini və genişləndirilməsini arzu edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər