Ermənilər Azərbaycanın yaşayış məntəqəsini atəşə tutdu - RƏSMİ
Tarix: 6-04-2017, 17:04
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.
SİVİL.AZ xəbər verir ki, bu barədə "Qaynar"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər