Kəlbəcərdə altı erməni hərbçisi əsir götürülüb - MÜDAFİƏ NAZİRLİYİ

Xəbərin çap versiyası
Tarix: 27-05-2021, 12:03
Kəlbəcərdə altı erməni hərbçisi əsir götürülüb -


"Mayın 27-də gecə saat 3-ə yaxın Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupu Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazisinə keçməyə cəhd edib".

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Azərbaycan ordusunun sərhəddə yerləşən mövqelərinə gedən təminat yolunu minalamağa cəhd edən 6 erməni hərbi qulluqçu əməliyyat tədbirləri nəticəsində mühasirəyə alınaraq zərərsizləşdirilib və əsir götürülüb.

Bu gün səhər sərhəd yaxınlığında tanklar da daxil olmaqla, düşmənin bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Görülən tədbirlər nəticəsində onların gediş-gəlişinin qarşısı alınıb.

Kəlbəcərdə altı erməni hərbçisi əsir götürülüb -


Öz növbəsində erməni tərəfi 6 erməni hərbçinin əsir götürüldüyünü təsdiqləyib, ancaq "təxribat hücumu" faktını təkzib edib. Ermənistan Müdafiə Nazirliyi bildirir ki, ermənilər Azərbaycanla sərhəddə Ermənistan ərazisində Geqarkunik vilayətində mühəndis işləri apararkən əsir götürülüblər.

Əsir düşmüş hərbi qulluqçuların qaytarılması üçün zəruri tədbirlər görülür, qurum bildirib.

Xatırladaq ki, Azərbaycanda ən azı 60 erməni əsgər əsirlikdədir. Onlar dekabrda barışıq əldə edildikdən bir ay sonra Qarabağda (Hadrut) saxlanılıblar və təxribatçı fəaliyyətdə ittiham olunurlar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz