Mütləqə İnam Ocağının Xalqlaşma səfərləri - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 19-10-2021, 14:18


Asif Atanın Mütləqə İnam Ocağı özünün Xalqlaşma yönündən işlərini davam etdirir.

CivilAzerbaijan.com
bildirir ki, Ocağın Yükümlüsü Soylu Atalı Amaldaşları Günev, Nurtəkin Atalılarla bölgələrə səfər etmiş, İnamlı Atalının təşkilatçılığı ilə (Cəlilabadda) görüşlər keçirmişdir.

Görüşdə Ocağın ideyaları, Azərbaycanın ruhsal mahiyyətini ifadə edən dəyərləri haqqında söhbətlər aparılmışdır. Eləcə də, istər Yurdumuzda, istər onun dışında baş verən olaylara Ocağın baxışları sərgilənmişdir. Yurddaşlarımızı düşündürən suallara cavab verilmiş, hər kəsə bireysəl olaraq, Ocaq ədəbiyyatları bağışlanmışdır.

Bundan öncə isə Bilən Atalının təşkilatçılığı ilə Yardımlıya səfər olunmuş, orada da Mütləqə İnam Ocağının prinsipləri, olaylarla bağlı Ocağın baxışları izhar edilmişdir.

Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız.

Atamız Var olsun!
Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı














civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz