Əli Əliyev və Elçin Rəhimzadə DTX-da sorğu-sual ediliblər

Xəbərin çap versiyası
Tarix: 7-11-2021, 13:20


Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ilə "Bumerang Media" kanalının rəhbəri Elçin Rəhimzadə noyabrın 6-da, Bakı vaxtı ilə saat 13-də kimliyi bilinməyən şəxslər tərəfindən partiyanın qərargahından naməlum istiqamətə aparılıblar.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Vətəndaş və İnkişaf Partiyasının bəyanatında deyilir.

“Bir neçə saat ərzində onların kimlər tərəfindən və hara aparıldıqlarını müəyyənləşdirmək mümkün olmadıqda, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) "102" qaynar xəttinə məlumat verilib. Daha sonra 27-ci Polis bölməsinin əməkdaşları VİP qərargahına gələrək, olayla maraqlanıblar və müvafiq qeydlər götürüblər. Lakin bu bəyanat yayıldığı vaxt, Bakı vaxtı ilə saat 21-də Əli Əliyev və Elçin Rəhimzadə barəsində hər hansı səhih məlumatın olmaması yaranmış narahatlığı daha da artırır,” - deyə bəyanatda qeyd edilib.

Əli Əliyev Bakı vaxtı ilə saat 22-də bildirib ki, bir cinayət işi üzrə şahid qismində Dövlət Təhlükəsizliyi Xidmətində 8-9 saat dindirildikdən sonra sərbəst buraxılıb.

"Problem daha çox "Bumerang Media"-da gedən bir məlumatla bağlıdır. Bunu istintaq dindirməsi kimi qiymətləndirirəm. Ola bilər ki, alt yapıda hansısa təzyiq elementləri olsun. Kifayət qədər miqyaslı cinayət işidir," - deyə o qeyd edib.

Az sonra Rəhimzadə də sərbəst buraxılıb.

Turanın məlumatına görə, Rəhimzadə jurnalistlərə bildirib ki, onu ofisdən aparıblar, orada axtarış aparılıb və redaksiyanın seyfi götürülüb. R.Rəhimzadənin sözlərinə görə, o, şahid qismində dindirilib və xüsusi xidmət orqanları “Bumeranq Media”nın yaydığı bəzi videoların mənbəsi ilə maraqlanıb.

Rəhimzadə və Əliyev onlara heç bir təzyiqin olmadığını bildiriblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz