Dövlət Departamenti: ABŞ Azərbaycanda “Media haqqında” təklif olunan qanundan narahatdır
Tarix: 6-01-2022, 14:48
Vaşinqton çərşənbə günü tənqidçilər tərəfindən Azərbaycanda müstəqil jurnalistikanı məhdudlaşdırmaq üçün nəzərdə tutululduğu düşünülən “Media haqqında” yeni qanun layihəsinin qəbulundan narahatlığını ifadə edib.
CivilAzerbaijan.com bildirir ki, Dövlət Departamentinin sözçüsü TURAN-ın sorğusuna cavab olaraq deyib: “Biz narahatıq ki, Azərbaycan parlamenti "Media haqqında" təklif olunan qanunun ratifikasiya edilməsi üçün Prezident Administrasiyasına göndərilməsində tələsib”.
“Ümid edirik ki, Prezident Administrasiyası qanun layihəsinə baxarkən müstəqil jurnalistlərin, media ekspertlərinin və ATƏT də daxil olmaqla beynəlxalq qrupların rəylərini diqqətlə nəzərdən keçirəcək”, - sözçü əlavə edib. “Biz məsələni yaxından izləməyə davam edəcəyik”.
Media qurumları üçün verilənlər bazası yaradan və jurnalistlərin dövlət qeydiyyatına alınmasını tələb edən qanun layihəsi dekabrın 30-da Azərbaycan parlamenti tərəfindən qəbul edilib və hələ prezident tərəfindən imzalanmayıb. Yerli media və hüquq qrupları bildiriblər ki, bu qanun Azərbaycanda ifadə azadlığına geniş məhdudiyyətlər qoyma potensialına malikdir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər