Futzal üzrə Azərbaycan yığması AÇ-2018-in seçmə qrup mərhələsində ilk oyununu keçirəcək

Xəbərin çap versiyası
Tarix: 8-04-2017, 15:27
Futzal üzrə Azərbaycan yığması AÇ-2018-in seçmə qrup mərhələsində ilk oyununu keçirəcək


Bu gün futzal üzrə 2018-ci il Avropa çempionatının seçmə mərhələsinin B qrupunda mübarizəyə start veriləcək.

SİVİL.AZ-ın məlumatına görə, Azərbaycan milli komandasının da yer aldığı qrupun bütün oyunları Bakı İdman Sarayında keçiriləcək.

Qrupun favoritlərindən hesab olunan Biro Jadenin rəhbərlik etdiyi yığma Bosniya və Herseqovina millisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, qrupdakı digər oyunda Macarıstan və Albaniya milliləri qarşılaşacaqlar. Bakı İdman Sarayında keçiriləcək matç saat 16:00-da başlayacaq.

2018-ci il Avropa çempionatının seçmə mərhələsi

B qrupu, I tur

8 aprel

18:30 Azərbaycan – Bosniya və Herseqovina
Hakimlər: Timo Onatsu (Finlandiya), Lars van Leuven (Hollandiya)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz