Dunya Miyatoviç: Azərbaycanda KİV haqqında yeni qanun dəyişdirilməlidir
Tarix: 25-01-2022, 16:08
Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycan prezidenti İlham Əliyevi bu yaxınlarda qəbul edilmiş KİV haqqında qanunu üzərində işlənməsi üçün parlamentə qaytarmağa çağırıb.
CivilAzerbaijan.com bildirir ki, komissar öz məktubunda KİV haqqında yeni qanunun geniş və məzmunlu məsləhətləşmələr aparılmadan qəbul edilməsi ilə bağlı ciddi narahatlığını dilə gətirir.
Qanun insan hüquqları, ifadə azadlığı və KİV azadlığı sahəsində beynəlxalq standartlara uyğun deyil.
Turanın məlumatına görə, qanun KİV sahəsini və jurnalist peşəsini həddindən artıq çox tənzimləyir, bu da azad, müstəqil, senzuraya məruz qalmayan KİV və plüralizm prinsiplərinə ziddir.
"Yeni qəbul edilmiş qanun ifadə azadlığı və KİV azadlığı sahəsində vəziyyəti daha da pisləşdirir. Bu qanun hakimiyyət orqanlarına lisenziyalaşdırma yolu ilə jurnalistlərin işini həddindən artıq məhdudlaşdırmaq səlahiyyəti verir. O, həmçinin media şirkətlərinin və təşkilatlarının maliyyə fəaliyyətinə, hüquqi fəaliyyətinə və əməliyyat fəaliyyətinə məhdudiyyətlər tətbiq etmək imkanı verir", deyə Miyatoviç yazır və qanunvericiliyin söz və KİV azadlığı sahəsində beynəlxalq standartlara və Avropa standartlarına uyğunlaşdırılması zərurətini vurğulayır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər